AZ

Ukrayna səfiri: Türkiyənin boğazları bağlaması Odessa və Nikolayevin zəbt edilməsinə mane oldu

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayanda Türkiyənin Bosfor və Dardanel boğazlarını bağlaması Rusiyaya Odessa, Nikolayev və digər əraziləri zəbt etməsinə mane oldu.

APA-nın xəbərinə görə, bunu Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar “Ukrinform”-a müsahibəsində bildirib.

Səfir deyib ki, Ukraynanın müdafiəsində əsas mərhələlərdən biri Türkiyənin boğazları bağlaması olub: “Biz “Moskva” kreyserini Qara dənizdə batırdıq, ancaq iki Rusiya kreyseri Aralıq dənizində gözləyirdi. Türkiyənin boğazları bağlaması Rusiyaya dənizdəki üstünlüyündən istifadə edərək Rusiyaya Odessa, Nikolayev və digər əraziləri zəbt etməsinə imkan yaratmadı. Moskvanın planı bu ərazilərin dəniz əməliyyatı ilə zəbt edilməsi idi”.

Qeyd edək ki, Vasiliy Bodnar tezliklə Ukraynanın Polşada səfiri kimi səlahiyyətlərinin icrasına başlayacaq. Prezident Vladimir Zelenski artıq bununla bağlı müvafiq sərəncam imzalayıb.

Seçilən
39
3
apa.az

4Mənbələr