UFC yüngül çəki divizionunun məğlubedilməz döyüşçüsü Umar Nurməhəmmədov hazırkı UFC çempionu Merab Dvalişvili haqda maraqlı fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, rusiyalı idmançı sosial şəbəkə hesabında bunları yazıb:
“Mən sənin qorxduğun adamam. Mənim adımı xatırlayanda vücudunuz titrəməyə başlayır. Ürəyiniz daha tez döyünməyə başlayır”.
Qeyd edək ki, Dvalişvili 2024-cü ilin sentyabrında yekdil qərarla amerikalı Şon Mellini məğlub edərək titul qazanıb.