Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Kreml məlumat yayıb.
Telefon danışığında ticarət sahəsində əməkdaşlığın effektivliyinin yüksəldilməsi müzakirə olunub: “Oktyabrın 23-də Kazanda aparılan müzakirələrin davamı olaraq ikitərəfli gündəlikdəki cari məsələlər əsaslı şəkildə müzakirə edilib, əsas diqqət ticari-iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılmasına yönəlib . Söhbət zamanı liderlər bir sıra beynəlxalq mövzulara da toxunublar”.
Azpost.info