AZ

İranın yeni paytaxtı Xəzərə yaxın olacaq? 

İran parlamentinin Sosial Məsələlər Komissiyasının üzvü Əhməd Fatemi ölkənin paytaxtının köçürülməsi ilə bağlı danışıb.

O bildirib ki, hazırda paytaxtın Tehrandan köçürülməsi ilə bağlı plan xəyaldır:

"Bunun bu tezliklə reallaşması mümkün deyil".

O, "Yeni paytaxt seçilərkən Xəzər dənizinə yaxınlıq təsirli amil sayıla bilərmi?" sualına belə cavab verib:

“Bundan əvvəl Simnan şəhərinin paytaxt seçilməsi təklif olunurdu. Eləcə də Tehranın cənub və cənub-qərbində, yaxud Qum və Tehran şəhərləri arasında mümkün bir şəhər düşünülürdü. Ancaq başqa yerimiz yoxdur”.

"Cebheinfo.az"

Seçilən
24
cebheinfo.az

1Mənbələr