Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
“Cebheinfo.az” bu barədə Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
“Söhbət zamanı oktyabrın 23-də Kazanda ikitərəfli gündəlikdəki cari məsələlər əsaslı şəkildə müzakirə edilib, ticarət-iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması vurğulanıb. Bunu nəzərə alaraq, müvafiq qurumlar arasında əlaqə yaradılacaq. Bir sıra beynəlxalq mövzulara da toxunulub”, - deyə məlumatda deyilir.