AZ

Pakistanın şimal-qərbində tayfalararası qarşıdurmalarda 80 nəfər həlak olub

Pakistanın Hayber Paxtunxva əyalətinin mərkəzi Peşəvərdən 218 kilometr aralıda, Əfqanıstanla sərhəddə yerləşən Kurram dairəsinin Baqan və Baça Kot rayonlarında torpaq üstündə tayfalararası qarşıdurma baş verib. 

Pakistan mətbuatının yaydığı məlumata görə silahlı şəxslər mağazaları, evləri, minik maşınlarını və dövlət əmlakını yandırıblar. Qarşıdurmalar zamanı 80 nəfər həlak olub, təxminən o qədər də yaralanıb. 

Region polisinin nümayəndəsi bildirib ki, Kurramda baş verən zorakılıqlara görə təhsil müəssisələri bağlanıb. Tərəflər ağır və avtomat silahlarla bir-birinə atəş açır. Pakistan hökuməti qarşıdurmanı sülh yolu ilə həll etmək və zorakılığı dayandırmaq üçün regiona hökumət komissiyası göndərib. 

Kurram dairəsində qəbilə zorakılığının daha da pisləşəcəyi ilə bağlı təhlükələr var. 

Xatırladırıq ki, bu ərazilərdə tayfalararası qarşıdurmalar tez-tez baş verir.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

İslamabad 

 

Seçilən
41
xalqqazeti.az

1Mənbələr