Superliqanın 13-cü turunda ''Fənərbaxça''
''Kayserispor''un qonağı oldu. Məhsuldar keçən oyun İstanbul nəhənginin 6:2 hesablı inamlı qələbəsi ilə yekunlaşdı. ''Fənər'' artıq ilk 26 dəqiqəyə 3 qol vurmaqla oyunun taleyini həll etdi. ''Sarı-lacivərdlilər''də bir sıra ilklər yaşandı. Məsələn, Oğuz Aydın və Filip Kostiç ''Fənər''in heyətində qol hesabını açdı. İlk yarıda dubl edən Aydın hətta 2007-ci ildən bu yana ''Fənərbaxça''da superliqada start heyətində meydana çıxdığı ilk oyunda iki qol vuran birinci yerli futbolçu oldu. Bundan başqa Şimanski çempionatda 181 günlük qolsuzluğa son qoydu. Digər qolları isə Tadiç və Ən-Nəsiri vurdu.
Bu mövsüm superliqada 6 qol vuran ilk komanda olan ''Fənər'' eyni zamanda ''Kayserispor''u ardıcıl 6-cı dəfə məğlub edərək bu rəqabətdə ən uzun qələbə seriyasını yaxalamış oldu. Joze Mourinyonun komandası 12-ci oyundan sonra xalını 29-a, qollarının sayını 33-ə yüksəltdi. Düzdü, ötən mövsüm İsmayıl Kartalın 'Fənər''I ilk 12 oyuna indikindən daha çox (31) xal toplamışdı. Amma Mourinyonun kollektivi qol sayında üstündü. Ötən mövsüm ''Fənər'' 12 oyuna 31 qol vurmuşdu.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta