AZ

Özü təzminat almadı, köməkçilərinin xahişini etdi - Heç olmasa, 1 ay…

“Səbail” noyabrın əvvəlində baş məşqçi postundan istefa verən Şahin Diniyevə təzminat ödəməyəcək.

O, könüllü istefa verib və klub qarşısında maliyyə məsələləri ilə bağlı hər hansı iddia qaldırmayıb.

Yalnız son ayda işlədiyi müddətin əməkhaqqını alacaq.

Diniyev «dənizçilər»dən başqa tələbi olmasa da, bir xahişlə onlara üz tutub.

Belə ki, çalışdırıcı onunla bərabər işləmiş köməkçilərinə dekabrın məvacibinin ödənilməsini istəyib. Bunu da tələb kimi irəli sürməyib, müraciət əsasında edib.

Cari mövsümün sonuna qədər müqaviləsi olan 58 yaşlı mütəxəssis Premyer Liqanın XII turunun “Səbail” - “Kəpəz” matçından (0:1) sonra istefa verib.

SPORTİNFO.AZ

Seçilən
13
sportinfo.az

1Mənbələr