Ukrayna ABŞ-ın "Lockheed Martin" şirkətinin istehsalı olan THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sistemi ilə bağlı Pentaqona müraciə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Focus.ua” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Kiyev Rusiyanın yeni “Oreşnik” ballistik raketinin Dneprdəki obyekti vurmasından sonra THAAD-a müraciət edə bilər.
Bununla belə, nəşr vurğulayır ki, bu sistemlə bağlı müraciət artıq ötən ilin dekabrında olub, Vaşinqton isə Ukraynaya tələb olunan avadanlıqları təqdim etməyib.
ABŞ-ın bu tələbi yerinə yetirməkdən imtina etməsinin səbəbləri arasındaTHAAD-ın təxminən 3 milyard dollara başa gəlməsi göstərirlər.
“Ukraynalı hərbi mütəxəssislər yeni texnikadan istifadə etmək üçün ən azı bir neçə ay təlim keçməli olacaqlar. Ruslar Patriot hava hücumundan müdafiə sistemləri kimi, bu sistemi də vursalar, bu ABŞ-ın hərbi sənayesinin nüfuzuna mənfi təsir göstərəcək.Həmçinin 3 milyard dollar az pul deyil. THAAD Patriot qurğusundan üç dəfə bahadır”, - deyə mütəxəssis qeyd edib.
Ötən gün Bloomberg yazıb ki , Ukrayna Rusiyanın “Oreshnik” raketlərinə ehtimal edilən “qarşılıq” üçün ABŞ-dan THAAD raket əleyhinə sistemi tələb edə bilər.
Bundan əvvəl Medvedev Avropaya xəbərdarlıq etmişdi ki, bomba sığınacaqları onları "Oreşnik"dən xilas etməyəcək.