AZ

“Azərbaycan millisində oynadığımı utanmadan deyirəm"

“Azərbaycan millisində oynamağımla hər zaman qürur duymuşam və o formanı geyinəndə, meydanda canımı qoymuşam”.

Yığmamızın sabiq hücumçusu Branimir Subaşiç Sportinfo.az-a millidəki günlərindən danışıb.

42 yaşlı keçmiş futbolçu Azərbaycan seçməsində keçirdiyi oyunları unutmadığını, zaman-zaman dostları ilə bu barədə söhbət etdiyini gizlətməyib:

“Hansı ölkədə yaşamağımdan və hara səfər etməyimdən asılı olmayaraq, hər yerdə fəxrlə deyirəm ki, Azərbaycan millisində oynamışam.

Yığma hansı hesabla uduzsa da, mən həmin yığmada oynadığımı utanmadan deyirəm. Çünki orada yaxşı oyunlarım olub, layiqli dostlar qazanmışam.

Bəli, yığmanın nəticələr ürəkaçan deyil. İllər keçir, şərait yaxşılaşır, heyət yenilənir.

Ancaq nəticələr düzəlmir. Son 10-15 ildə bu qədər stadionlar tikildi, uşaq futbolundakı vəziyyət yaxşıya doğru dəyişdi, lazımınca maliyyə ayrılır, di gəl, nəticələr ürəkaçan deyil.

Özüm də baş aça bilmirəm. İşin içində deyiləm deyə, nöqsanları tam bilmirəm.

Ancaq o cür diqqətin, maliyyənin qarşılığında mütləq yaxşı mənada irəliləyiş olmalıdır. Ümid edirəm ki, olacaq”.

2007-2013-cü illər aralığında Azərbaycan yığmasının formasını geyinmiş Branimir Subaşiç meydana çıxdığı 40 oyunda 7 qolla yadda qalıb.

HƏBİB

Seçilən
18
sportinfo.az

1Mənbələr