Bakı. Trend:
Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) aidolan Binə qəsəbəsində 6 kV-luq hava xəttində naqillərin yenilənməsiilə əlaqədar noyabrın 25-dən 29-dək elektrik xətləri müəyyənolunmuş qaydada bağlanacaq.
Trend-inməlumatına görə, bu barədə "Azərişıq" açıqlama yayıb.
Açıqlamaya görə, bu dövrdə saat 10:00-dan 16:00-dək Binə Atçılıqyaşayış massivinin bir neçə ərazisində elektrik təchizatındaməhdudiyyətlər olacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi dahakeyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.