AZ

İzmirdə Azərbaycanın investisiya imkanları tanıdılıb

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən İzmirdə ölkəmizin investisiya imkanları tanıdılıb.

AZƏRTAC xəbər verir ki, Ticarət Nümayəndəliyimiz, Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK), İzmir Ticarət Palatası və Egey bölgəsi Sənaye Palatası ilə birgə “Azərbaycanın İnvestisiya Fürsətləri, Məlumatlandırma Toplantısı” mövzusunda təşkil olunan tədbir çərçivəsində İzmir Ticarət Palatasının rəhbəri Mahmut Özgener ilə görüş keçirilib, mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirdə Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin rəhbəri Tamerlan Tağıyev ölkəmizdəki investisiya imkanları haqqında iştirakçılara geniş məlumat verib.

Mövzuya dair təqdimat və video materiallar təqdim olunub.

Təqdimatlardan sonra iş adamlarının mövzu ilə bağlı sualları cavablandırılıb, əməkdaşlıq imkanları dəyərləndirilib.

Seçilən
25
yeniazerbaycan.com

1Mənbələr