Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, son gündə “Turan Tovuz” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirib.
Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Turun son matçı isə “Sumqayıt”la “Şamaxı” arasında keçirilir.
Daha öncə “Kəpəz” “Araz-Naxçıvan”a (0:2), “Səbail” isə “Qarabağ”a (0:3) uduzub, “Neftçi” “Zirə”yə (2:1) qalib gəlib.
"Cebheinfo.az"