AZ

Azərbaycan cüdoçusu fəxri kürsünün ən yüksək pilləsində

Yunanistanın Saloniki şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna yekun vurulub.

İdman.biz xəbər verir ki, turnirinin ikinci Azərbaycan cüdoçuları daha 4 medal medal əldə ediblər.

Oğlanlar arasında Sübhan Axundov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu tituluna sahib çıxıb. Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq), Tunar Fərzəliyev (+90 kq) isə bürünc medal qazanıb.

Turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Qeyd edək ki, yığmamız Avropa Kubokuna 8 çəki dərəcəsində 20 cüdoçu ilə qatılıb.

İdman.biz

Seçilən
22
idman.biz

1Mənbələr