Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv evdə İsveçrə ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşma rəqibin 85:55 qələbəsi ilə yekunlaşıb.
Üç qarşılaşmadan sonra yığmamız 5 xalla dördüncü sırada qərarlaşıb. Lider İsveçrə isə 8 xala malikdir.
Müəllif: Teleqraf.com