AZ

"Avropa Rusiya ilə genişmiqyaslı savaşa hazır deyil" - Zalujnı

"Hava hədəflərinin sayı artır, NATO-da mübarizə vasitələri isə məhdud saydadır..."
 
Avropa ölkələri təcavüzkar Rusiya ilə qısamüddətli savaşa hazırdır, lakin uzunmüddətli savaşda Qərbin hava hücumundan müdafiəsi tab gətirməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri, USQ-nin sabiq baş komandanı  Valeri Zalujnı "Ukrainskaya pravda" nəşrinə müsahibəsində bəyan edib.
 
"Mən bu gün uzunmüddətli dövr üçün genişmiqyası hərbi əməliyyatların aparılması üçün resursları kifayət edə biləcək düşmən görmürəm. Mən hətta Çinin də məhz belə genişmiqyaslı hərbi əməliyyatlar aparmağa hazır olduğuna da şübhə edirəm. Avropa ölkələri və Britaniya ordusu, böyük ehtimalla, məhz qısamüddətli hərbi əməliyyatlara hazır olacaq", - o, deyib.
 
Səfir qeyd edib ki, hazırda Ukraynaya təkcə mülki obyektlərə hər ay təxminən 2 min raket və dron buraxılır, bu rəqəm 3 minə çata bilər.
 
"NATO-nun hansı ölkəsi 2 min hava hədəfinin hücumunun qarşısını almağa hazırdır? Hava hədəflərinin sayı artır, NATO-da mübarizə vasitələri məhdud saydadır. Məhz bu göstəriciyə görə mən güman edirəm ki, nə Britaniya, nə Avropa ölkələri, kifayət qədər F-16 təyyarələri, hava hücumundan müdafiə üçün əla imkanları olmasına rəğmən, buna hazır olmayacaq. Lakin iki-üç aydan sonra HHM-in bu sistemi tamamilə çökəcək", - o, hesab edir.
 
Zalujnının sözlərinə görə, əgər rusiyalılar Avropa ilə ehtimal edilən müharibənin "ön cəbhəsinə" indi Ukraynaya atdığı 4, 5 min idarəedilən aviasiya bombaları atmağa başlasa, heç bir "Patriot" onları vura bilməyəcək".
 
Zalujnının sözlərinə görə, bu raketlər çox bahadır və onların istehsalı problemlidir və böyük sayda deyil. Diplomat Qərb ölkələrinin hava hədəflərinə qarşı durmaq üçün alternativ tədbirlər gördüyünə şübhə etdiyini ifadə edib.
Seçilən
27
moderator.az

1Mənbələr