AZ

Londonda Vestminster körpüsündə bıçaqlanma olub

Bakı. Trend:

Londonda Vestminster körpüsü üç nəfərin yaralanması ilənəticələnən bıçaqlı hücumdan sonra müvəqqəti olaraq bağlanıb.

Trend Daily Mail-əistinadən xəbər verir ki, hadisə parlament binasının yaxınlığındabaş verib. Şahidlərin sözlərinə görə, "bir nəfər turistlərin gözüqarşısında bıçaqlanıb", bu isə ərazidə ciddi narahatlıqyaradıb.

Polis hadisəni "təcrid olunmuş insident" kimi qiymətləndirib vəterror aktı ilə əlaqəsi olmadığını bildirib. Hücumla bağlı dördnəfər saxlanılıb. Onlardan üçü adam öldürməyə cəhd, biri isə davadaiştirak etməkdə ittiham olunur.

Hazırda ərazidə istintaq tədbirləri davam etdirilir.

Seçilən
51
az.trend.az

1Mənbələr