"Mançester Yunayted"in hücumçusu Markus Raşford idman formasını qorumaq üçün futboldan başqa da idman növü ilə məşğul olmağa başlayıb.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü boks və MMA ilə həvəskar səviyyədə məşğul olur.
“Mançester Yunayted” rəhbərliyi və məşqçilər korpusu isə bundan xəbərsiz deyil və etiraz da etməyiblər.
İngiltərə klubunun rəsmiləri düşünür ki, bu, futbolçunun özünü yaxşı formada saxlamasına kömək edə bilər.
Qeyd edək ki, 2016-cı il yanvarın 1-dən “Mançester Yunayted”də oynayan Markusun klubla müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi