Misli premyer-liqasının 14-cü turunda “Turan Tovuz” “Sabah”la heç-heçə etdi.
“Football-plus.az” xəbər verir ki, “Sabah”ın baş məşqçisi Krunoslav Renduliçoyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Əvvəlcə onu qeyd edim ki,biz bura xal götürməyə gəlmişdik.Əfsuslar olsun ki, buna müvəffəq olmadıq. Oyunçularım yaxşı oynadı. Birinci hissədə daha yaxşı oynaya bilərdik. Amma təəssüf ki, ikinci hissədə qol buraxdıq. Bu vəziyyətdən çıxmaq o qədər də asan olmadı. Futbolçularım təslim olmadılar və hesabı bərabərləşdirdilər. “Turan Tovuz” fiziki cəhətdən çox güclüdü.
- İlk “3-lük”də qərarlaşan komandalarla aranızdakı fərq artıb. Bu ciddi narahatlığa əsas verir?
- Əlbəttə, bu bizi çox naraht edir. 7 oyundu qalib gələ bilmirik. 8 xal böyük görünə bilər. Bu mənim üçün də çağırışdı. Niyə də xal fərqini qapatmayaq?! Xal fərqini qapatmaq üçün keyfiyyətimiz var.
- “Sabah” hazırda enişdədi?
- Eniş deməzdim. Layiq olduğumuz xallardan az toplamışıq. Nəsə başqa bir şey əlavə edə bilmərəm.
- Komanda real qol imkanlarını qaçırır. Bunun həlli yolunu fikirləşirsizmi?
- Oyunun taleyini həll etmək üçün çoxlu fürsətimiz olur. “Qarabağ”la oyunda üç əla fürsətimiz oldu. “Zirə” ilə oyunda da qol imkanlarımız var idi. Bu futbolda baş verən hadisədi.
- Həmişə qeyd edirsiz ki, bu futbolda baş verir. Bu işi necə həll etməyi düşünürsüz?
- Sekidika penaltini vura bilməyəndən sonra nə deyim? Sekidika, zəhmət olmasa, penaltini vur? Bu futboldu nə edə bilərik?
- Demişdiz ki, itirdiyimiz xallarla bağlı film çəkmək olar. Sizcə, həmin filmin baş rolunda kim olmalıdı?
- Elə hamımız. Son 6 matçda 12 real qol şansımız olub, cəmi 6 qol vurmuşuq. Rəqiblərimiz isə 4 vəziyyətdən 8 qol vurub.
ƏSƏD SEYİDOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta