"Real Madrid"in prezidenti Florentino Peres Çempionlar Liqasının yeni formatı ilə bağlı fikirlərini bildirib.
90deqiqe.Az xəbər verir ki, “Madrid Zone” funksionerin dediklərini belə çatdırıb.
“Problemləri həll etmədi. Sistem ədalətsizdir. Daha çox matç var, lakin onların dəyəri azalıb”
Xatırladaq ki, Çempionlar Liqasının cari mövsümündən qrup mərhələsi ləğv edilib, bunun əvəzinə komandalar turnirin əsas mərhələsinin birinci hissəsində ümumi sıralama formalaşdırır, buna əsasən ilk 8 klub birbaşa 1/8 finala vəsiqə qazanır və onlardan sonrakı 16 nəfər qalan 8 vəsiqəni pley-offun birinci mərhələsində oynayır. İştirakçıların sayı 32-dən 36-ya, hər bir klub üçün birinci mərhələ oyunlarının sayı 6-dan 8-ə yüksəldilib. Dörd turun nəticələrinə əsasən, “Real” 6 xalla ümumi mərhələ cədvəlində 18-ci yeri tutur. .