Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (İMQ) Livandan "Hizbullah" hərəkatınındöyüşçüləri tərəfindən gün ərzində İsrail ərazisinə 160 raketburaxıldığını bildirib.
Trend xəbər verirki, bu məlumat İMQ-nin mətbuat xidməti tərəfindən yerli vaxtla saat15:00-a (Bakı vaxtı ilə 17:00) olan vəziyyət əsasındaaçıqlanıb.
Ordudan verilən məlumata görə, İsrail "Hizbullah" tərəfindəngələn təhdidlərə qarşı müdafiəsini davam etdirir və ölkəvətəndaşlarının təhlükəsizliyini təmin etməkdə qərarlıdır.
Xatırladaq ki, İsrail ordusu sentyabrın 23-də Livandakı"Hizbullah" qruplaşmasına qarşı "Şimal oxları" əməliyyatına startverib və bu çərçivədə təşkilatın bir sıra hərbi obyektlərinəzərbələr endirib. Oktyabrın 1-nə keçən gecə isə Livanın cənubundasərhədyanı ərazilərdə quru əməliyyatının başladığını elan edib.