İranın müvafiq hərbi və dövlət rəsmiləri İsrailə cavab verməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, bunu İranın ali dini lideri Seyid Əli Xameneinin müşaviri Əli Laricani deyib.
O əlavə edib ki, hakimiyyət İsrailə müxtəlif cavablar planlaşdırır. Laricaninin sözlərinə görə, Həsən Nəsrullahın öldürüldüyü gecə "Hizbullah" qüvvələri ömürlərinin sonuna qədər İsrailə qarşı duracaqlarına and içiblər.
Xatırladaq ki, noyabrın 5-də səhər saatlarında İsrail İran ərazisinə hücum edərək peyk görüntüləri əsasında İslam Respublikasının raket və hərbi obyektlərini hədəfə alıb.
Ağarza Elçinoğlu