AZ

Berdiyevdən narazılıq: "Belə davam edə bilərdik"

"Bu gün güclü rəqibə qarşı oynadıq. "Sabah" yaxşı komplektləşdirilmiş komandadır. Heç-heçə ədalətli nəticə ola bilər. Uğursuz epizoddan qol buraxdıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 14-cü turunun "Sabah"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- Komanda 60-cı dəqiqədən sonra oyundan qopdu. Bunun səbəbi nə idi?

- Bu, əsasən hesabı qorumaqla bağlı idi. Amma əvvəlki temp və istəklə davam etmək olardı.

- Növbəti turun "Araz-Naxçıvan"la matçını 6 xallıq oyun adlandırmaq olar?

- İstənilən rəqibə qarşı hazırlaşırıq. Onların hansı yerdə olmasının önəmi yoxdur.

- Oyun planında nələr alınmadı?

- İkinci hissədə lazım olanları yerinə yetirmədik. Nələrin alınmadığını demək üçün təhlil etmək lazımdır.

- Tural Bayramlının son vaxtlar az oynamasının səbəbi nədir?

- Kim daha optimal formadadırsa, o da oynayır.

Seçilən
37
sportinfo.az

1Mənbələr