Misli Premyer Liqasının XIV turunun "Sumqayıt" - "Şamaxı" matçından (2:1) sonra meydan sahiblərinin baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.
"Sumqayıtı təbrik edirəm. Bizim bu gün 75 illiyimizdir. Şəhərimiz günü-gündən gözəlləşir, inkişaf edir. Klub olaraq da, istəyirik ki, inkişaf edək. Bugünkü gözəl qələbəni şəhərimizə hədiyyə edirik. Necə gözəl şəhərimiz varsa, elə də gözəl qələbəmiz oldu. Vacib üç xal qazandıq. Yaxşı komandaya qarşı mübarizə apardıq. Oyun da bunu göstərdi. Hər iki hissədə "Sumqayıt" daha üstün idi. Futbolçularım yaxşı oynadı. Onları təbrik edirəm".
- Son dörd oyunda üç qələbə qazanmısız. Uğursuzluq zolağından tamamilə çıxdığınızı deyə bilərik?
- Deməzdim. Hər oyun çətindir. Son oyunlarda qalib gəlmişik. Bəlkə bəziləri deyə bilər ki, "Sumqayıt" rahatlaşıb. Elə şey yoxdur. Hər matçda istədiyimiz oyunu nümayiş etdirərək, şəhərimizin layiq olduğu qələbələri qazanmaq istəyirik. Hər oyun bizim üçün çox önəmlidir.
- Avrokuboklar uğrunda mübarizədə özünüzə şans görürsüz, yoxsa gecdir?
- Üç oyunda qələbə qazanmışıq və indi artıq avrokubokları düşünmək... Hər bir klub bunu istəyir. Biz də həmçinin. Hər matçda bugünkü kimi mübarizə aparsaq, bir də gördünüz ki, klubumuz avrokuboklarda çıxış edir.
Tovuzda qollu bərabərlik - YENİLƏNİB
Rahilin komandası məğlub olub
Orxan Əliyev: "İstədiyimiz futbolu göstərə bilmədik" - Müsahibə
Berdıyev onu komandasında istəyir - Özəl
U-18 millimiz Qəbələdə təlim-məşq toplanışı keçəcək