AZ

Vals: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukraynadakı münaqişənin bu il həlli üçün hazırkı Amerika administrasiyası ilə işləyəcək.

“İki sahil” xəbər verir ki, bunu “Fox News” müsahibəsində ABŞ Nümayəndələr Palatasının üzvü, Florida ştatından olan respublikaçı konqresmen, Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals deyib.

"Tramp, istər razılaşma, istərsə də atəşkəs yolu ilə olsun, bu münaqişəyə son qoymağın vacibliyini açıq şəkildə ifadə etdi. Hər iki tərəfi masaya necə cəlb etmək və razılaşmanın parametrləri ilə bağlı müzakirələr aparılmalıdır. Biz məhz bunu edəcəyik. Bu (hazırkı – red.) administrasiya ilə yanvardan əvvəl və sonra işləyəcək” – deyə bildirib.

Vals əlavə edib ki, o, artıq ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanla görüşüb və ABŞ düşmənlərinin keçid dövründən faydalana bilməyəcəklərini vurğulayıb.

Seçki kampaniyası zamanı Tramp dəfələrlə bəyan edib ki, o, hələ inauqurasiyadan əvvəl Ukrayna böhranının sülh yolu ilə həllinə nail olacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
20
ikisahil.az

1Mənbələr