AZ

COP29-un Azərbaycanda təşkil edilməsinin Azərbaycan təhsilində rolu - » AzadMedia.az



Bakı, 24 noyabr — Azadmedia.az




"Biz, həmçinin məktəblərdə iqlim dəyişiklikləri haqqında təlimlərin artırılmasına dəstək verəcək tədbirlər həyata keçirəcəyik."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev



Bildiyimiz kimi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası olan COP 29, 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanda, Bakıda keçirilmişdir.
Bu konfransın əsas məqsədi, qlobal iqlim dəyişiklikləri ilə mübarizə aparmaq, iqlim siyasətlərini müzakirə etmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir. COP29, 198 ölkədən nümayəndələri, diplomatları, jurnalistləri, iqlim alimlərini, QHT-ləri, aktivistləri və yerli liderləri bir araya gətirərək, dünya miqyasında iqlim dəyişikliklərinə qarşı tədbirləri müzakirə etmək üçün platforma yaratmışdır. Cənab Prezident İlham Əliyevin "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir." sitatı, iqlim diplomatiyasının dönüş nöqtəsinə çatdığını vurğulayır və təhsilin bu sahədəki rolu ilə bağlıdır.
Bildiyimiz kimi, dünya təhsil sitemində bir sıra eko layihələri təhsil sahəsində həyata keçirilir. Bunlardan biri, Eco-Schools layihəsidir. Bu layihə, təhsil müəssisələrində iqlim dəyişiklikləri və davamlı inkişaf mövzularına maraqlı olmağa və onlara müdaxilə etməyə təşviq edir. Eco-Schools 101 ölkədə tətbiq edilir və təhsilalanları, təhsil müəssisələrini və yerli cəmiyyətləri daha sürətli və təhlükəsiz inkişaf etməyə çağırır.
Başqa bir layihə - Globeducate- təhsil sahəsində olan tələbələri iqlim dəyişiklikləri və davamlı inkişaf haqqında məlumatlandıran və inovasiyalara təşviq edən beynəlxalq bir təhsil proqramıdır. Globeducate layihəsi, bir çox fərqli ölkədə həyata keçirilir. Hal-hazırda, Globeducate 11 ölkədə fəaliyyət göstərir və təhsil şəbəkəsinə 65-dən çox premium dil və beynəlxalq məktəb daxildir. Bu ölkələr arasında İspaniya, Fransa, İtaliya, Portuqaliya, İngiltərə, Kanada və başqa ölkələr yer alır. Bu məktəblər, tələbələri dünya vətəndaşları olaraq hazırlamağa və onlara dünya üçün təsir göstərə biləcək bacarıqlar təmin etməyə yönəlib.
Azərbaycanda bir sıra ekoloji təhsil layihələri həyata keçirilir. Bunlardan biri UNICEF və Azərbaycan Təhsil və Elm Nazirliyinin birlikdə təşkil etdiyi "Yaşıllıq Texnologiyaları" layihəsidir. Bu layihə məktəb şagirdlərinə yaşıllıq texnologiyaları və iqlim dəyişiklikləri haqqında məlumat verir və onları inovasiyalar üzərində işləməyə təşviq edir. Layihə 12-16 yaş arası 250 gənc iqlim inovatoru, üç aylıq təlim və mentorluq proqramları əsaında təlim edilir.
Başqa bir layihə "Yaşıllıq Bağçaları" layihəsidir. Bu layihə uşaqların iqlim dəyişiklikləri və davamlılıq haqqında təlimlərə cəlb olunmasını hədəfləyir. Layihə peşə məktəbləri və ümumtəhsil məktəblərində tətbiq edilir və uşaqlara davamlılıq haqqında daha yaxşı bilik və bacarıqlar verir.
Həmçinin, EkoSfera Sosial-Eko Mərkəzi tərəfindən təşkil edilən “Eco-Schools” layihəsi də Azərbaycanda tətbiq edilir. Bu layihə tələbələri davamlılıq təhsili üzrə təlimləndirir və onları davamlılığa cəlb edir.
Bu layihələr Azərbaycan təhsil sistemində yaşıllıq və davamlılıq dəyərlərini təşviq etmək üçün böyük bir rol oynayır.
COP29-un Azərbaycanda keçirilməsinin Azərbaycan Təhsil Sisteminə təsiri danılmazdır.
Belə bir beynəlxalq tədbir gözləniləndir ki, Azərbaycan təhsil sistemində iqlim dəyişiklikləri və davamlı inkişaf mövzularına olan marağı artıracaqdır. İlk növbədə, təhsil proqramlarına iqlim savadlılığı mövzularının daxil edilməsi və təhsilalanların bu sahədə daha çox məlumat əldə etməsinə şərait yaradacaqdır. Bu, təhsilalanların və müəllimlərin iqlim dəyişiklikləri və davamlı inkişaf haqqında dərin biliklər əldə etməsinə və bu biliklərin gələcək nəsillərə ötürülməsinə imkan yaradacaq.
COP29-un keçirilməsi təhsil sistemində iqlim savadlılığı mövzusunda daha çox araşdırmaların aparılmasına və akademik işlərin genişlənməsinə də təkan verəcəkdir.Həmçinin təhsil sahəsində iqlim mövzularının daha geniş şəkildə tədris olunması təhsilalanların analitik düşüncə və problem həll etmə bacarıqlarının inkişafına kömək edəcəkdir.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Elm və Təhsil Nazirliyi də öz tədbirlər planını tərtib etmişdir. Bütün təhsil müəssisələrinə Fəaliyyət planlarında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər planının hazırlanması və icra edilməsi barədə əmrlər rəsmiləşdirildi. Ölkənin bütün təhsil müəssisələrində yaş qrupalarına görə eko tədbirlər, layihələr, seminar və təlimlər, tədris prossesində rollu oyunlar, maarifləndirici dərslər, esse, inşa, rəsm, STEAM müsabiqələri, habelə şəhər, rayon, məktəb tədbirləri, çağırışlar,flaşmoblar keçirildi.
Yeri gəlmişkən qeyd edim ki, təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərdiyim S.C. Pişəvəri adına Respublika Humanitar fənlər gimnaziyasında hazırladığım və məktəb rəhbərinin əmri ilə rəsmiləşdirilən “Yaşıl məktəb” eko layihəsi həyata keçirildi. Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri ilə əməkdaşlıq edildi ki, bu da özündə bir çox ekooji layihə və tədbirləri ehtiva edirdi.
Bundan əlavə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Pedaqoji kadrlar, məktəb rəhbərliyi üçün təlim proqramlarının genişləndirilməsi və yeni tədris metodlarının tətbiqində də Eko layihələr özünü göstərdi.
Bəli, bu gün əminliklə qeyd edə bilərik ki, 15 dekabr 2017-ci ildən UNICEF in, 2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı da İqlim Dəyişikliyi və Davamlı İnkişaf aspektində əhəmiyyətli rolu ilə cıxış edir. Belə ki, “İnklüziv təhsil, İqlim Dəyişikliyi və Davamlı İnkişaf” mövzularında məlumatlılığı artırır.Təhsilalanlar ekoloji məsuliyyət və davamlılıq mövzularında daha savadlı olurlar. Bu, COP29 kimi beynəlxalq tədbirlərin təhsildə inkluziv yanaşmanın vacibliyini sübut edir.
COP29- un İnklüziv təhsilin məzmununa aşağədakılardır:

1. İqlim Dəyişikliyinin Təsirlərini Azaltmaq: İnklüziv təhsil təhsilalanların iqlim dəyişiklikləri haqqında daha məlumatlı və savadlı olmalarına kömək edir. COP29 kimi beynəlxalq tədbirlər təhsil proqramlarına iqlim dəyişiklikləri mövzularının daxil edilməsinə vətəhsilalanların bu sahədə daha çox məlumat əldə etməsinə təkan verir.

2. Davamlı İnkişaf və Sosial Ədalət: İnklüziv təhsil davamlı inkişafın əsas prinsiplərindən biridir. Bütün təhsilalanların bərabər təhsil imkanlarına malik olması, davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır. COP29 davamlı inkişafın təşviqi üçün beynəlxalq əməkdaşlığı gücləndirir və sosial ədaləti təmin etməyə çalışır.

3. Beynəlxalq Əməkdaşlıq və Təcrübə Mübadiləsi: İnklüziv təhsil müxtəlif ölkələr və təhsil sistemləri arasında əməkdaşlıq və təcrübə mübadiləsini təşviq edir. COP29 kimi beynəlxalq tədbirlər, təhsil sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və təcrübə mübadiləsinə imkan yaradır. Bu, inklüziv təhsilin inkişafına və təhsil sistemlərinin daha da gücləndirilməsinə kömək edir.

4. Təhsildə İqlim Savadlılığının Artırılması: COP29-nun keçiriliməsi, təhsil proqramlarında iqlim savadlılığı mövzularının genişlənməsinə vətəhsilalanların bu sahədə daha dərin biliklər əldə etməsinə şərait yaradır. İnklüziv təhsil isə bu biliklərin bütün tələbələrə çatdırılmasını təmin edir.
Elm və Təhsil naziri Emin Əmrullayev COP29 (BMT-nin İqlim Dəyişiklikləri Üzrə Çərçivə Konvensiyası) tədbirində aktiv iştirak etdi və təhsil fəaliyyəti ilə bağlı bir sıra məsələlərə toxundu. O, konfransda Azərbaycanın iqlim dəyişiklikləri və ekoloji maarifləndirmə sahəsində irəliləyişini və təhsil sisteminin bu sahədəki rolunu xüsusi olaraq vurğuladı.
Cənab Emin Əmrullayev təhsilin iqlim dəyişiklikləri ilə bağlı təlimlərə və ekoloji maarifləndirmənin milli kurikuluma daxil edilməsi ilə bağlı addımların atılmasına diqqət çəkdi. O, təhsilin insan fəaliyyətinin ətraf mühitə təsiri, bərpa olunan resursların əhəmiyyəti və ekosistemlərin qorunması haqqında təlimlərə kəmək edə biləcəyini vurğuladı. Hesab edirəm ki, Elm və Təhsil nazirinin prioritet hesab etdiyi eko tədbirlər və ekoloji layihəli məsələlər, təhsilin iqlim dəyişiklikləri ilə bağlı daha yaxşı təlimlər və maarifləndirmə proqramları tətbiq etmək üçün əsas məsələlərdən biri sayılır.
Həmçinin Azərbaycan ziyalıları iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün təhsilin necə vacib olduğunu vurğulayır. Belə ki, statistika göstərir ki, təhsil işçiləri və təhsilalanların 80% -i iqlim dəyişiklikləri haqqında təlimlərin məktəblərdə aparılmasını dəstəkləyir. Çünki hər il dünyada 40 milyondan çox uşaq iqlim dəyişiklikləri nəticəsində təhsili tərk etməli olur.
Bakıda keçirilən 80 dövlət və hökumət başçısı və qeydiyyatdan keçmiş 76 min xarici vətəndaşın iştirakçısı olduğu COP29 beynəlxalq tədbirində mən də Azərbaycan vətəndaşı, təhsil işçisi kimi ilk gündən son günə qədər aktiv iştirak etdim. Bu mənim üçün böyük təcrübə oldu. Hesab edirəm ki, COP29-un Azərbaycanda keçirilməsi ölkənin təhsil sisteminin inkişafında mövqelərin artırılmasına kömək edəcəkdir. Bu, təhsil sisteminin daha təhlükəsiz və sürətli inkişaf etməsi üçün vacibdir. Belə tədbirlər, yeni texnologiyaların və innovativ tədris metodlarının tətbiq edilməsinə təkan verəcəkdir. Nəticədə müəllim və təhsilalanların “İqlim məsələləri və Davamlı İnkişaf” mövzularında daha savadlı və məlumatlı olmasına şərait yaradacaqdır.
COP29 konfransında təhsil və iqlim diplomatiyası haqqında təhsilin əsas rol oynadığını vurğulayan Prezident İlham Əliyev təhsilin iqlim diplomatiyasında və gələcək nəsillərin hazırlığında mühüm rol oynadığını qeydi xüsusilə əhəmiyyətlidir. COP29 konfransında Prezident Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə nail olduğunu vurğulayıb.
Möhtərəm Prezident İlham Əliyevin beynəlxalq konfransda "Biz, həmçinin məktəblərdə iqlim dəyişiklikləri haqqında təlimlərin artırılmasına dəstək verəcək tədbirlər həyata keçirəcəyik." sitatı təhsil sistemində iqlim dəyişiklikləri haqqında təlimlərin artırılmasına dəstək verəcək tədbirlər haqqında məlumat verir.
Böyük inamla düşünürəm ki, COP29, həmçinin, Azərbaycan təhsil sistemində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə də şərait yaradacaqdır. Bu, yerli və beynəlxalq akademik və tədqiqat institutları arasında əməkdaşlığın artırılmasına və birgə tədqiqat layihələrinin həyata keçirilməsinə səbəb olacaqdır.
Nəticədə Azərbaycan təhsil sisteminin qlobal səviyyədə tanınması və mövqeyinin gücləndirilməsi mümkün olacaqdır.
Seçilən
52
29
azadmedia.az

10Mənbələr