Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub. Manset.az Report-a istinadən xəbər verir ki, 4 nömrəli Xəstəxanasının baş həkim vəzifəsinə Bahadır Mahmudov təyin olunub. STM-in direktor müavini Ramin Qasımov yeni baş həkimi xəstəxananın kollektivinə təqdim edib. Qeyd edək ki, B.Mahmudov bu təyinatadək 3 nömrəli Xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Məlumatı Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.