Pakistanın şimal-qərbində 4 gündür şiə və sünni əşirətlər (tayfalar) arasında silahlı toqquşmalar davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hayber Paxtunxva əyalətinin paytaxtı Peşəvərdən 218 kilometr uzaqlıqda - Əfqanıstanla sərhəddə yerləşən Kurram bölgəsində başlayan şiə və sünni əşirətləri arasında çoxlu sayda insan həyatı ilə vidalaşıb.
Pakistan mətbuatı yazır ki, 4 gün içində davam edən döyüşdə hər iki tərəfdən ümumilikdə azı 92 nəfər öldürülüb: "İndiyədək azı 200-dən çox yaralı var, onların çoxunun vəziyyəti ağır sayılır".
Məlumata görə, hakimiyyət mənsubları bölgəyə təşrif buyuraraq əşirət liderləri ilə görüşüb, onları sakitliyə dəvət ediblər: "Ancaq görünən odur ki, bu qanlı savaş hələ davam edəcək".
Firudin Səfərli
MİA.AZ