AZ

İstanbulda ailə faciəsi - 5 ölü, 2 yaralı

Türkiyənin İstanbul şəhərinin Büyükçekmece ilçəsində ailə faciəsi yaşanıb.

Bu barədə NTV məlumat yayıb.

Bahadır Aladağ adlı şəxs evdə ata və anasını, daha sonra isə baldızını və yaxın dostunu qətlə yetirib.

Valideynlərini yaşadıqları evdə qətlə yetirən Aladağ, Əsənyurdda baldızının, Avcılarda isə bərbər dostunun həyatına son qoyub.

Bundan əlavə, qatilin 2 nəfərə də ağır xəsarət yetirdiyi bildirilib.

Aladağ son olaraq şəxsi avtomobilində öz canına qıyıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
5
8
cebheinfo.az

10Mənbələr