Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Cenoa” – “Kalyari” matçında qalib müəyyənləşməyib. “Torino” – “Montsa” matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Səfərdə “Komo” ilə qarşılaşan “Fiorentina” bu dəfə inamlı qələbəyə sevinib. Lider “Napoli”nin qonağı olan “Roma” növbəti məğlubiyyətinə üzülüb. Paytaxtın digər klubu “Latsio” isə evdə “Bolonya”ya 3 cavabsız qolla qalib gəlib.
13-cü turun qalan görüşləri noyabrın 25-də baş tutacaq.
İtaliya, A Seriyası
13-cü tur
23 noyabr
Verona – İnter 0:5
Qollar: Korrea, 17. Turam, 22; 25. De Vrey, 31. Bissek, 41.
Milan – Yuventus 0:0
Parma – Atalanta 1:3
Qollar: Kanselyeri, 49 – Reteqi, 4. Ederson, 39. Lukman, 75.
24 noyabr
Cenoa – Kalyari 2:2
Qollar: Frendrup, 12. Miretti, 59 – Marin, 8-pen. Pikkoli, 88-pen.
Komo – Fiorentina 0:2
Qollar: Adli, 19. Kin, 68.
Torino – Montsa 1:1
Qollar: Masina, 59 – Dyuriç, 63.
Napoli – Roma 1:0
Qol: Lukaku, 54.
Latsio – Bolonya 3:0
Qol: Jiqo, 68. Zakkayni, 72. Dele-Başiru, 90+2.
25 noyabr
21:30. Empoli – Udineze
23:45. Venetsiya – Leççe