AZ

Salvadorda 50 milyon dollar dəyərində kokain yüklü qayıq ələ keçirilib

Salvadorda hüquq-mühafizə orqanlarının əməkdaşları respublika sahillərində iki ton kokaini müsadirə ediblər.

APA xəbər verir ki, bu haqda Salvador prezidenti Nayib Bukele X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, Estero Jaltepeque körfəzindən 752 km cənub-qərbdə 3 kolumbiyalının 50 milyon dollar dəyərində narkotik daşıdığı gəmi saxlanılıb.

Bukele qeyd edib ki, son səkkiz ay ərzində Salvador hüquq-mühafizə orqanları beynəlxalq sularda təxminən 380 milyon dollar dəyərində olan 15 tondan çox kokain ələ keçirib.

Seçilən
72
3
apa.az

5Mənbələr