Məşhur türkiyəli rok müğənnisi Teomanın verdiyi açıqlama diqqət çəkib.
Day.Az-ın "Haberler.com"a istinadən məlumatına görə, sənətçi sosiala şəbəkələrdə qarşısına çıxan qızları izlədiyini etiraf edib.
57 yaşlı məşhurun açıqlaması isə gündəm olub:
"O qızlarla bağlı heç bir planım yoxdur. Gözəl qızlara güldandakı gülləri izləyirəmmiş kimi baxıram. Xoşuma gəlirlər, gözəl geyinirlər. Statusuma görə tanış ola biləcəyim xanımlardır, amma bu barədə addım atmıram".