Livanın "Hizbullah" hərəkatı İsrailə 250-yə yaxın mərmi atıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) "Telegram" kanalında məlumat verilib.
""Hizbullah" terror təşkilatı tərəfindən atılan 250-yə yaxın mərmi Livanın İsraillə sərhədini keçib", - Müdafiə Nazirliyi bildirib.
İsrail ordusu qeyd edib ki, onlar 24 noyabr saat 23:00-a olan statistikanı təqdim ediblər.