AZ

Büdcənin formalaşmasında cərimələrə yer verməsi absurd yoldur



Dövlətin büdcənin formalaşmasında cərimələrə yer verməsi ən absurd yoldur. Cərimələrin proqnoz edilməsi isə ən mənasız və qeyri-normal idarəçilik metodudur. Maliyə naziri büdcənin maliyyələşməsinin 840milyon olduğunu deyir. Əgər vətəndaş çalışdığı hər hansı bir sahədə işini düz qursa belə, deməli, dövlətin müxtəlif cərimə edən orqanları mütləq bir yol tapıb bu cəriməni vətəndaşdan çıxaracaq.
Cərimə sistemi əslində proqnoz edilən ola bilməz, xüsusən də, bu, dövlət büdcəsinin formalaşmasında nəzərdə tutulursa. Bu, əvvəlcədən vətəndaşın qeyri-qanuni yolla təqib edilməsinə şərait yaratmaq deməkdir. Dövlətin resurslarını vətəndaşın üzərində təqib aləti kimi istifadə edilməsidir. Korrupsiya və qeyri-demokratik avtokratik sistemi formalaşdırmaq deməkdir.
Cərimə sisteminin əldə etdiyi vəsait büdcənin proqnoz hissəsində yox, əlavə gəlirlər hissəsində yer almalıdır. Bu da büdcənin formalaşması üçün yox, büdcə gəlirlərinin artırılması üçün istifadə edilməlidir. Bu gəlirlər yenidən vətəndaşa dəstək üçün məsələn, sosial yardım, fövqəladə hadisələrdən sonra dəstək, tibbi sığorta fondunun artırılması, uşaq müavinətlırinə əlavə və s. kimi istifadə edilməlidir.

Azər Qasımov
Seçilən
78
newscenter.az

1Mənbələr