AZ

Qısa və cansız saçlardan əziyyət çəkənlərin DİQQƏTİNƏ! - ÇARƏ TAPILDI

Saçlarımız yanlış məhsulların istifadəsi və ya qeyri-kafiyə baxım kimi bəzi səbəblərdən canlılığını itirə bilər. Saçınızdakı cansız görünüşü aradan qaldırmaq və ona əvvəlki parıltısını geri qazandırmaq üçün bəzi təbii üsullardan istifadə edə bilərsiniz. Bu təbii üsullar sayəsində saçlarınız Rapunzel kimi uzun, parlaq olacaq.

Ölkə.az BAKU.WS istinadən həmin üsulları təqdim edir.

Bal və yumurta

Təbii üsullarla saçları qorumanın yollarından biri yumurta və bal maskasıdır. Bu maskanı hazırlamaq üçün əvvəlcə iki yumurtanın sarısını və iki xörək qaşığı balı qarışdırın. Qarışımı saçınızın ucuna sürtün və 20 dəqiqə gözləyin. Sonra saçınızı ilıq su ilə yuyaraq baxımı tamamlayın.

Avokado maskası

Avokado saç baxımında qidalandırıcı xüsusiyyətləri ilə mühüm yerə malikdir. Saç baxımında avokado istifadə etmək saçın sağlam və qayğılı şəkildə uzanmasına kömək edir. Bu metodu istifadə etmək üçün əvvəlcə bir avokadonun içini əzərək püre halına gətirin. Sonra qarışığa 1 çay stəkanı zeytun yağı və 1 xörək qaşığı bal əlavə edib qarışdırın. Qarışımı saçlarınıza tətbiq edin və 30 dəqiqə gözləyin. Gözləmə müddətindən sonra saçınızı yuyun.

Təbii yağlarla baxım

Saç baxımını həyata keçirmək üçün sağlam təbii yağlardan da faydalana bilərsiniz. Bu qarışığı hazırlamaq üçün bir xörək qaşığı zeytun yağı, bir xörək qaşığı castor yağı, bir xörək qaşığı lavanda yağı və bir xörək qaşığı dəfnə yarpağı yağı ilə 1 çay qaşığı şam terebentin yağı qarışdırın. Sonra qarışımı saçlarınıza masaj edərək tətbiq edin. Qarışımın saçlarınızda 15 dəqiqə qalması kifayətdir. Ardınca saçınızı yuyun.

Seçilən
55
2
olke.az

3Mənbələr