AZ

Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı


Əvvəllər piylənmə və artıq çəki ilə əlaqələndirilən 5 tip xərçəng siyahısına daha bir neçəsi əlavə edilib.

News24.az Medicina.az-a istinadən xəbər verir ki, ÜST-ün Beynəlxalq Xərçəng araşdırması Agentliyinin siyahısı dərc edilib.

2002-ci ildə bu qrupun apardığı tədqiqat artıq çəkinin 5 tip xərçəng – bağırsaq, mədə, süd vəzi, uşaqlıq və böyrək şişlərinə səbəb ola bilməsini sübut etmişdi.

Bu dəfə 1000 tədqiqatı araşdıran qrup siyahıya bir neçə tipi da əlavə edib.

Bunlar: qaraciyər, öd kisəsi, mədəaltı vəz, yumurtalıq, qalxanvariz vəz, qan xərçəngi, meninqioma, mielomadır.

Belə ki, 30 indeksdən yuxarı kökəldikdə mədə, qaraciyər, böyrək xərçəngi riski 70% artır.

Qadınlarda piylənmə süd vəzi, yumurtalıq xərçəngi riskini 30% artırır.

Alimlər bunun səbəbini artıq piy toxuması zamanı bədəndə normadan artıq estrogen, testosteron və insulin hormonlarının ifrazında görür


Seçilən
22
8
news24.az

9Mənbələr