ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) Kaliforniya əyalətində bir körpənin öldüyünü, Listeria bakteriyasına görə 9 nəfərin isə dörd ştatda xəstəxanaya yerləşdirildiyini bildirib.
News24.az xəbər verir ki, Kaliforniya, Nyu-York, İllinoys və Nyu Cersidə ümumilikdə 11 hadisənin qeydə alındığı bildirilib. CDC, bakteriyaların "Yu-Shang Food" adlı markanın şirniyyat məhsullarından ötürülməsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Listeriya bakteriyası nədir?
Listeria bakteriyası qida infeksiyalarına səbəb ola bilən bakteriya növüdür. Ən çox yayılmış növü Listeria monocytogenesdir. Bu bakteriya tez-tez süd məhsulları, çiy ət və işlənmiş ət kimi qidalarda tapıla bilər. Listeriozun yaratdığı infeksiya Listerioz kimi tanınır.
Listerioz xüsusilə immuniteti zəif olan insanlarda, hamilə qadınlarda, yaşlılarda və körpələrdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Hamilə qadınlarda bu infeksiya aşağı düşməyə, vaxtından əvvəl doğuşa və ya körpədə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Günel Məlikzadə