AZ

Uruqvayda prezident seçkilərində müxalifətin namizədi qalib gəlib

Uruqvayda prezident seçkilərinin ikinci turunda müxalifətin namizədi Yamandu Orsi qalib gəlib...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi Uruqvay Seçki Məhkəməsinin istinadən məlumat yayıb.

Sol mərkəzçi “Geniş Cəbhə” koalisiyasını təmsil edən Orsi seçki məntəqələrinin 81,26%-nin məlumatlarını emal etdikdən sonra 942 470 səs toplayıb. Onun rəqibi, hakim sağ mərkəzçi Blanko partiyasının namizədi Alvaro Delqadonu isə 898 min 767 vətəndaş dəstəkləyib.

Delqado seçkidəki məğlubiyyətini etiraf edib və rəqibini təbrik edib. Ölkənin hazırkı prezidenti Luis Lakalle Pou da Orsini qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, oktyabrın 27-də Uruqvayda prezident seçkilərinin birinci turu keçirilib və bu turda qalib müəyyənləşməyib. Orsi ən çox səs toplayıb, Delqado ikinci, sağçı Kolorado partiyasının namizədi Andres Ojeda isə üçüncü yeri tutub.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr