AZ

Canan Karatay təklif etdi: Səhər çayınıza 1 dilim əlavə edin!  Bədənin fəaliyyəti dəyişəcək

Canan Canan Karatay təklif etdi: Səhər çayınıza 1 dilim əlavə edin!

Canan Karatay çayın düzgün qəbulu üçün limon əlavə etməyi tövsiyə edib.

E-saglam.az xarici mediaya istinadla xəbər verir ki, limonlu çay bir çox insan tərəfindən sağlamlıq üçün faydalı olduğu düşüncəsi ilə istehlak edilir. Bəs görəsən, limonlu çay həqiqətən faydalıdırmı?

Belə ki, limonlu çayın həzm üçün faydalı olduğunu deyən Canan Karatay, səhv istehlak edildikdə qan ehtiyatını azalda biləcəyini bildirib.

Digər tərəfdən limon C vitamini ilə zəngindir. Dəmir ehtiyatlarını artırmağa və bədənin ehtiyac duyduğu çatışmazlıqları aradan qaldırmağa kömək edə bilər. Bu səbəbdən səhər çaya bir dilim limon əlavə etmək orqanizmin fəaliyyətini sözün əsl mənasında dəyişə bilər.

Canan Karatay gündə ən az 2 stəkan limonlu çay içməyi tövsiyə edir. Çünki gündə 2 stəkan limonlu çay içmək orqanizmdəki virus və bakteriyaların azalmasında faydalı ola bilər. Bundan əlavə, limonlu çay qanda şəkərin miqdarını tarazlaya bilər. Nəticədə, piylənmə kimi sağlamlıq problemlərinin qarşısını almaqda faydalı ola bilər.

Limonlu çayın faydaları

Limon çayı müxtəlif sağlamlıq faydaları var. Canan Karatay da bu üstünlüklərdən bəzilərini qeyd edib.

· Limonlu çay yağların yandırılmasını sürətləndirə bilər.

· Bədəni enerji ilə təmin edə bilir.

· Dəri sağlamlığını qorumaq üçün faydalı ola bilər.

· Stressi azaltmağa kömək edə bilər.

· Bağırsaqların təmizlənməsində faydalı ola bilər.

· Böyrək daşı əmələ gəlməsinin qarşısını almaqda faydalı ola bilər.

Qeyd: Allergik reaksiyaları ola bilən və fərqli sağlamlıq vəziyyətindən əziyyət çəkmə riski olan insanlar mütəxəssis həkimə müraciət etikdən sonra Canan Karatayın da tövsiyə etdiyi limonlu çaya üstünlük verməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
24
e-saglam.az

1Mənbələr