Uruqvayda keçirilən prezident seçkilərinin ikinci turunda müxalifətin mərkəz solçu "Geniş Cəbhə" koalisiyasının namizədi Yamandu Orsi qalib gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə 81,26 faiz səslərinin hesablandıqdan sonra Seçki Məhkəməsi tərəfindən açıqlanan nəticələrində qeyd olunub.
Məlumata əsasən, Orsiyə 942 470 seçici səs verib. Onun rəqibi, hakim sağ mərkəzçi Milli Partiyadan namizəd Alvaro Delqadonu 898 767 nəfər dəstəkləyib.
Delqado artıq seçkidəki məğlubiyyətini etiraf edib və rəqibini təbrik edib. Uruqvayın hazırkı prezidenti Luis Lakalle Pou da Orsini qələbə münasibətilə təbrik edib.
Müəllif: Teleqraf.com