AZ

Hindistanda 20-yə yaxın polis xəsarət alıb: ölənlər var

Hindistanda Uttar Pradeş ştatının Sambhal şəhərində son 24 saat ərzində baş verən toqquşmalarda azı 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Ucnoqta.az xəbər verir ki, NDTV kanalının məlumatına görə, şəhərdə internet dayandırılıb, hakimiyyət bütün məktəbləri bağlamaq qərarına gəlib və xüsusi icazə olmadan şəhərə giriş qadağan edilib.

İğtişaşlar məmurlar qədim Moğol dövründən qalma Şahi Cama Məscidini yoxlamaq üçün polisin mühafizəsi altına gəldikdən sonra başlayıb.
Bildirilir ki, yoxlama məhkəmə qərarı ilə həyata keçirilib. Məqsəd məscidin sökülən hindu məbədinin yerində tikildiyinə dair sübutları müəyyən etmək olub.
Bu qərar Sambhalda çoxluq təşkil edən müsəlman icmasının narazılığına səbəb olub.

NDTV-nin məlumatına görə, etirazçılar bir neçə avtomobili yandırıb, polisə daş və dəyənək atıblar. Polis isə izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.
Xəsarət alanlar arasında 20-yə yaxın polis əməkdaşı var, birinin vəziyyəti ağırdır. 20-dən çox etirazçı polis tərəfindən saxlanılıb.

Seçilən
23
ucnoqta.az

1Mənbələr