Kipr NATO-ya daxil olmağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə Yunanıstanın "Kathimerini" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, ölkəni tədricən Şimali Atlantika Alyansına yaxınlaşdırmaq strategiyası ada əyalətinin prezidenti Nikos Xristodulidisin oktyabrın sonunda Amerika lideri Co Baydenlə görüşündə diqqət mərkəzində olub. Müfəssəl və düşünülmüş planın uzunmüddətli dövr üçün nəzərdə tutulduğu və bir-biri ilə əlaqəli bir çox mərhələdən ibarət olduğu iddia edilir. Eyni zamanda, Kiprin alyansa uğurlu üzvlüyü birbaşa Kipr probleminin həllindən və Türkiyə ilə münasibətlərin yaxşılaşmasından asılıdır.
Məlumata görə, Kipr ABŞ-yə hərbi texnika almaq istəyi ilə müraciət edib.
Sevinc İBRAHİMZADƏ