AZ

Rusiyadakı neft emalı zavodu yanır

Rusiyadakı

Gecə saatlarında Rusiyanın Kaluqa şəhərində partlayışlar baş verib. Sosial şəbəkələrdə neft emalı zavodunun ərazisində güclü yanğının baş verdiyini bildirilir.

Reyting.az
-ın məlumatına görə, Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa öz Telegram kanalında hava hücumundan müdafiə qüvvələrinin şəhərin kənarında üç pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini yazıb.

“Sənaye müəssisəsinin ərazisinə PUA-nın dağıldığı yerdə yanğın baş verib, ilkin məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və əməliyyat qrupu hadisə yerində işləyir”,- qubernator qeyd edib.

Rusiyanın Teleqram kanalları yazır ki, yerli sakinlər güclü partlayış səsi eşidib, bundan sonra neft emalı zavodunda yanğın başlayıb. İddiaya görə, PUA-lar neft bazası və zavodu vurub.

V. QULİYEV
Seçilən
22
1
reyting.az

2Mənbələr