AZ

ABŞ ordusunda BÖYÜK BOŞLUQ: Tramp 15 min transgenderlə bağlı SƏRT QƏRAR VERƏCƏK

Rəsmi olaraq prezident vəzifəsinə başlayandan dərhal sonra Donald Tramp Amerika ordusundan bütün transseksual hərbçilərin işdən çıxarılmasına səbəb olacaq fərman imzalamaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın gündəlik “The Times” qəzeti Trampa yaxın mənbələrə istinadla məlumat yayıb.

Nəşr qeyd edib ki, hazırda ABŞ silahlı qüvvələrində 15 minə yaxın transseksual müxtəlif vəzifələrdə, o cümlədən yüksək vəzifələrdə xidmət edir. Onlar tibbi müayinənin nəticələrinə əsasən xidmətə yararsız olduqları üçün çiyin qayışlarından məhrum ediləcəklər.

Nəşrin insayderi gileylənib ki, belə kütləvi ixtisarlardan sonra Amerika ordusunda kadr boşluğunu aradan qaldırmaq asan olmayacaq.

Seçilən
10
publika.az

1Mənbələr