AZ

VAZ-2101 40 min manata satışa çıxarıldı - görün nələr quraşdırılıb - FOTO

Almaniyada 500 at gücü olan VAZ-2101 hər kəsi heyran edib.
 
Referans.az Milli.Az-a istinadən xəbər verir ki, mühəndislər mühərrik üzərində əsaslı iş gördüyünü deyiblər.
 
Sovet klassikasının unikal nümunəsi olan və "kopeyka" (bir qəpik) kimi tanınan avtomobil 2.0 litrlik turbomühərrikə malikdir. Mütəxəsislər, həmçinin bildirir ki, silindr başlığı yenidən işlənib. Ona döymə porşen və şatunlar quraşdırılıb. Məhsuldarlığı artırmaq üçün isə yanacaq sistemi konfiqurasiya edilib.
 
Tüninq həvəskarlarından ibarət ustalar avtomobili mükəmməl idarəetmə ilə təmin ediblər. Belə ki, VAZ-2101-ə "BMW E36" və "BMW E46"dan asqı elementlərini köçürüblər. "Porsche"dən əyləc supportları və 17 düymlük təkər diskləri "oğurlanaraq" quraşdırılıb. Keramik ilişmə muftalı və arxa diferensiallı beşpilləli mexaniki ötürmələr qutusu zəif sələfini əvəz edib.
 
Mükəmməl vəziyyətə gətirilən 500 at gücü olan VAZ-2101-in qiyməti 22 500 avro (təxminən 40 min manat) təşkil edir.
Seçilən
23
14
referans.az

10Mənbələr