AZ

Ətə görə kababçını öldürən şəxs apellyasiya şikayəti verdi

Bakı Apellyasiya Məhkəməsində kababçını qətlə yetirməkdə ittiham olunan Rəhman Qəhrəmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin edilib.


İttihama görə, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində baş verib. Qətlə yetirilən Anar Quliyevlə Rəhman Qəhrəmanov arasında kababa görə dava düşüb. Anar Keşlə qəsəbəsində kababçı işləyirmiş. Rəhman onun işlədiyi yerə kabab yemək üçün gəlibmiş. Amma ətin tamı xoşuna gəlmədiyi üçün aralarında mübahisə yaranıb. Mübahisə sonradan kababçının ölümünə gətirib çıxarıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Qəhrəmanov xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilib. Kabab davasına görə məhkum edilən 34 yaşlı Rəhman cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


Kamal Məmmədov 

Tarix: 25 Noyabr 2024, 09:10   
Seçilən
12
pravda.az

1Mənbələr