Ermənistan Daxili İşlər Nazirliyinin dövlət təhlükəsizliyi idarəsinin hərbiləşdirilmiş dəstəsinin rəisinin meyiti iş otağında tapılıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Məsələnin maraqlı tərəfi budir ki, hadisə noyabrın 14-də İrəvan şəhərində baş versə də, media bu barədə yalnız ötən gecə məlumat yayıb. 67 yaşlı Andrey Veranyanın ölümü ilə bağlı cinayət işi açılıb. Erməni mətbuatı polisdən təfərrüatları öyrənməyə çalışır.
Musavat.com