Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi velosiped biznesinə başlayır.
Redaktor.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.
37 yaşlı hücumçu layihəni yaxın aylarda gerçəkləşdirməyi planlaşdırır. O, adı hələlik açıqlanmayan məşhur velosipedçi ilə birlikdə işə başlayacaq.
Bu, dünyanın ən yaxşı velosipedləri ilə müqayisə edilə biləcək model olacaq və qiyməti təxminən 10-15 min avro aralığında dəyişəcək.