AZ

Türkiyə klubunun baş məşqçisi azərbaycanlı hücumçuya vaxt verdi

“Ankaragücü”nün formasını geyinən Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov zədəsini tam sağaltmayıb.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə klubunun baş məşqçisi Kenan Koçak açıqlayıb.

Mütəxəssis Renat Dadaşovun onlarla birlikdə Antalyaya təlim-məşq toplanışına yollanmasına baxmayaraq, zamana ehtiyacının olduğunu bildirib:

“Müalicəsi davam edir. Onu da ən yaxın zamanda meydanda görəcəyik”.

Oktyabrın 21-də əməliyyat olunan 25 yaşlı futbolçu millinin Estoniya və İsveçə qarşı oyunlarının heyətindən kənarda qalıb.

Renat "Ankaragücü"nün heyətində 2024/2025 mövsümündə 9 oyunda 2 qol vurub.

Seçilən
23
sportinfo.az

1Mənbələr