AZ

"İsrail qadağan olunmuş fosfor bombalarından istifadə edir" - Livan

Livanın rəsmi xəbər agentliyi İsrailin hücumlarını davam etdirdiyi Əl-Mari kəndi ətrafındakı Livan ordusunun nəzarət-buraxılış məntəqəsini fosfor bombaları ilə vurduğunu bildirib.

Turkustan.az xəbər verir ki, İsrail ordusu cənubda Xiyam qəsəbəsini ələ keçirmək üçün hücumlarını davam etdirərkən Əl-Mari kəndi ətrafındakı Livan ordusunun nəzarət-buraxılış məntəqəsini fosfor bombaları ilə vurub.

Livanın rəsmi xəbər agentliyi NNA-nın verdiyi məlumata görə, İsrail ordusu ölkənin cənubunda yerləşən Nəbatiyə şəhərində Nümeyriyə ilə Şərkiyye arasında olan Kefr Şuba Hıyam qəsəbəsi, Rahibat mahalı, Məfdun, Şukin, Haruf və Cebel Əhmər kimi bəzi bölgələrə hücumlarını davam etdirir.

İsrail ordusu da gecə boyu fosfor bombaları ilə Əl-Mari kəndi ətrafındakı Livan ordusunun nəzarət-buraxılış məntəqəsini vurub.

Xiyam şəhəri ətrafında strateji əhəmiyyətə malik olduğundan İsrail qüvvələri ilə Hizbullah üzvləri arasında intensiv toqquşmaların olduğu bildirilir.

Digər tərəfdən Hizbullah tərəfindən edilən yazılı açıqlamada Xiyam qəsəbəsinin şərqində bir qrup İsrail əsgərinin raket atəşinə tutulduğu bildirilib.

İsrail ordusu Livana hücumlara başladığı andan etibarən ölkənin cənubu başda olmaqla bir çox bölgədə fosfor bombalarından istifadə edib.

Aytən Yaşar Turkustan.az

Seçilən
16
turkustan.az

1Mənbələr